• Bakı 18° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

“Zərifə Əliyeva” ilə daşınan yükün həcmi açıqlandı

İQTİSADİYYAT

27 Aprel 2024 | 13:15

“Zərifə Əliyeva” ilə daşınan yükün həcmi açıqlandı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi istismarda olduğu iki il ərzində 332 səfər həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu səfərlər çərçivəsində gəmi-bərə ilə 305 vaqon, 11780 ədəd yük maşını, 1742 ədəd minik maşını, 11350 nəfər sərnişin daşınıb.

Qeyd edək ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi-bərə 28 aprel 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Layihəsi RoPax tipli “Azərbaycan” gəmi-bərəsi ilə oxşar olan unikal üzən vasitə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.


SON XƏBƏRLƏR

08 May 2024