• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Son 10 ildə 2-ci dəfə neftin büdcə qiyməti 75 dollar müəyyənləşir" - Vüqar Gülməmmədov

İQTİSADİYYAT

27 May 2024 | 12:05

Son 10 ildə 2-ci dəfə neftin büdcə qiyməti 75 dollar müəyyənləşir - Vüqar Gülməmmədov

Son 10 ildə 2-ci dəfədir ki, dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 75 ABŞ dolları müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bundan başqa, sədr deyib ki, bu il qeyri-neft-qaz sektoru üzrə büdcə kəsirinin qeyri-neft-qaz ümumi daxili məhsuluna nisbətinin 25,5 % çox olması gözlənilir.

"Yenidən baxılmış büdcədə 10 mənbə üzrə artım, 2 mənbə üzrə azalma nəzərdə tutulub, həmçinin, 2 yeni mənbə əlavə edilib. Büdcə gəlirlərinin artımı əsasən hüquqi şəxslərin mənfəət vergisinin payına düşür", - deyə sədr əlavə edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024