• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Lavrov: "Almaniyanın davranışı ədəbdən kənardır"

İQTİSADİYYAT

25 Iyun 2024 | 16:55 | Müəllif: Gülşən Şərif

Lavrov: "Almaniyanın davranışı ədəbdən kənardır"

"Almaniya Rusiyaya "Şimal axını" ilə bağlı araşdırmalar təqdim etmək istəmir".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiyaya "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı xarici təhqiqatların məlumatı açıqlanmayıb:

"Alman qüvvələri tərəfindən aparıldığı iddia edilən təhqiqatın nəticələri barədə məlumat verilmir. İsveç və Danimarka isə artıq araşdırmanı yekunlaşdırıb və heç bir nəticə əldə etmək mümkün olmayıb".

Lavrov Almaniyanın bu cür davranışını ədəb və hüquqi çərçivədən kənar olduğunu bildirib.

Qeyd edək ki, "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç bu partlayışın hədəflənmiş təxribat ola biləcəyini irəli sürüblər. "Şimal axını"nın operatoru olan "Nord Stream AG" şirkəti bildirib ki, qaz kəmərlərinə dəyən ziyan geniş miqyasdadır və təmir müddətini təxmin etmək mümkün deyil. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026