"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Ukraynanın yüksək borcunu və Rusiya ilə uzun sürən müharibəni əsas gətirərək, onun reytinqini CC-dən C-yə endirib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı reytinq agentliyi açıqlama yayıb.
Bildirilib ki, Ukrayna hökuməti iyulun 22-də bəzi avrobond sahibləri ilə restrukturizasiya sazişi imzaladıqdan sonra Ukrayna defolta bənzər prosesə daxil olub.
"Gözlənilən odur ki, istiqraz sahibləri ilə restrukturizasiya sazişi başa çatana qədər Ukrayna xarici kommersiya borcunu, o cümlədən avqustun 1-də ödəniləcək 2026-cı il avrobond kuponunu ödəməyəcək. Müharibənin 2025-ci ilə qədər davam edəcəyi gözlənilir. Eyni zamanda dondurulmuş münaqişənin baş tutacağı davamlı sülh razılaşmasından daha çox ehtimal olunur", - Agentlik vurğulayıb.
Gülşən Şərif
Bakı 


