• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

FED uçot dərəcəsini AZALDACAQ

İQTİSADİYYAT

24 Avqust 2024 | 00:03 | Müəllif: Subhan Mahmudov

FED uçot dərəcəsini AZALDACAQ

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini azaltmağı planlaşdırır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FED-in sədri Cerom Pauel Vayomin ştatındakı Cekson Houl şəhərində keçirilən Mərkəzi Bank rəhbərlərinin illik iqtisadi simpoziumunda çıxışı zamanı deyib. O, sentyabr ayında yüksək faiz dərəcələrinin azaldılacağını açıqlayıb.

“Siyasətin korreksiyasının vaxtı çatıb və istiqamət aydındır. Dərəcələrin azaldılmasının vaxtı və sürəti daxil olan məlumatlardan, inkişaf edən proqnozlardan və risklərin balansından asılı olacaq”, - deyə FED sədri qeyd edib. O, əsas faiz dərəcəsinin nə qədər aşağı salınacağını bildirməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026