• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Sahil Babayev: "Serbiyaya 26 milyon kubmetrdən çox qaz göndərilib"

İQTİSADİYYAT

25 Iyul 2024 | 13:37

Sahil Babayev: Serbiyaya 26 milyon kubmetrdən çox qaz göndərilib

Yaxın gələcəkdə Azərbaycan qazının Serbiyaya tədarük həcmi artırıla bilər, hazırda tərəflər bu məsələni müzakirə edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

“Azərbaycan qazının Serbiyaya tədarükünə bu il başlanılıb və bu ölkəyə artıq 26 milyon kubmetrdən çox qaz göndərilib. Hazırda tədarük həcminin artırılmasına dair müzakirələr aparılır. Ümid edirəm ki, bu imkanlar yaxın gələcəkdə reallaşacaq”, - S.Babayev bildirib. /Report


SON XƏBƏRLƏR

07 Sentyabr 2024