• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Azərbaycanda ən çox sürülən avtomobillər hansı markalardı...  - SİYAHI

İQTİSADİYYAT

25 Iyul 2024 | 15:02

Azərbaycanda ən çox sürülən avtomobillər hansı markalardı...  - SİYAHI

2023-cü ilin yekinlarına görə, Azərbaycanda sürülən minik avtomobillərinin hansı markalardan olduğu açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlum olub ki, ötən ilin sonunda ölkəmizdə 1 501 957 ədəd minik avtomobili qeydə alınıb.

Azərbaycanda ən çox istifadə olunan minik avtomobili isə Almaniya istehsalı olan “Mecedes”dir.

Belə ki, 2023-cü ilin yekinlarına görə, ölkədə “Mecedes” markalı minik avtomobillərinin sayı 216 813 ədəd olub.

2-ci yerdə sovet istehsalı olan “Jiquli” (Vaz2101, 03, 06) markalı minik avtomobilləri gəlir – 199 331 ədəd.

3-cü yerdə də sovet istehsalı olan “Jiquli”lər (Vaz2105, 07) qərarlaşıb - 126 551 ədəd.

4-cü ən çox istifadə edilən minik avtomobili Cənubi Koreyada istehsal olunan “Hyundai”lardı - 126 056 ədəd.

5-ci yerdə Yaponiya istehsalı olan “Toyota” markası gəlir – 104 605 ədəd.

Azərbaycandakı minik avtomobillərinin markasına dair tam siyahını təqdim edirik:


SON XƏBƏRLƏR

07 Sentyabr 2024