"Biz enerjini Avropa bazarına çıxışı istiqamətində davamlı düşünürük"
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə birgə mətbuat üçün brifinq zamanı müvafiq suala cavabı zamanı deyib.
“Bu, orta hesabla 150 qiqavatdan da artıqdır ki, bu rəqəm onu göstərir ki, potensialımız Azərbaycan ehtiyacından dəfələrlə çoxdur. Bu mənada, biz enerjini Avropa bazarına çıxışı istiqamətində davamlı düşünür və iş aparırıq”, - nazir əlavə edib.