• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Naxçıvan Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

İQTİSADİYYAT

25 Iyul 2024 | 14:31

Naxçıvan Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun Sərəncamı ilə muxtar respublika İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Cavid Kəngərli kollektivə təqdim olunub.

Bakıvaxtı.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə iştirak edən Azərbaycan Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edilib ki, son bir neçə ildə Naxçıvanın iqtisadi həyatında böyük canlanma, iqtisadi fəallığın sürətli artımı müşahidə olunur. Buna səbəb regionda biznes üçün yaradılmış əlverişli mühit, müasir inzibatçılıq, stimullaşdırıcı alətlərin və təşviq mexanizmlərinin tətbiqidir.

Xatırladaq ki, Cavid Kəngərli 21 fevral 1968-ci il tarixdə Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. 1992-ci ildən vergi orqanlarında çalışır. Son illərdə 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviridir.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024