• Bakı 19° C

    2.65 m/s

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci azaldıb

İQTİSADİYYAT

27 Aprel 2024 | 14:32 | Müəllif: Gülşən Şərif

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın qoyun ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 992 min ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 72 % azdır. O cümlədən, Qətərə 571 min ABŞ dolları dəyərində və Səudiyyə Ərəbistanına 396 min ABŞ dolları dəyərində qoyun tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricə 44 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bunun da 14,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. (report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026