• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

ABŞ Avropaya qaz göndərməyə davam edəcək

İQTİSADİYYAT

27 May 2024 | 13:43

ABŞ Avropaya qaz göndərməyə davam edəcək

"ABŞ-nin Avropaya ixrac etdiyi qazın həcmi kifayət qədər artıb".

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bunu ABŞ energetika nazirinin müavini David Turk deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin yeni mayeləşdirilmiş təbii qaz (LNG) layihələrinin təsdiqinin dayandırılması ilə bağlı qərarı Avropaya tədarüklərə təsir etməyəcək.

"Ukraynada müharibə başlayandan sonra ABŞ-nin Avropa İttifaqına LNG ixracı artıb və hazırda blokun LNG tədarükünün yarısını təşkil edir. Ümumilikdə, ABŞ gündə təxminən 14 milyard kub fut LNG ixrac edir" - deyə Turk bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024