• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Putin Rusiya-Özbəkistan iqtisadi əməkdaşlığından danışıb

İQTİSADİYYAT

27 May 2024 | 14:00 | Müəllif: Gülşən Şərif

Putin Rusiya-Özbəkistan iqtisadi əməkdaşlığından danışıb

"Rusiya ilə Özbəkistan arasında iqtisadi əlaqələrin inkişaf tempi heyranedicidir".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, ölkələr arasında iqtisadi əlaqələrin yaxşı perspektivləri var.

"2023-cü ildə Rusiya Federasiyası ilə Özbəkistan arasında ticarət dövriyyəsi təxminən 30% artıb. Bu rəqəmlərin artacağına əminəm. Rusiya və Özbəkistan regionlararası forumu mühüm əməkdaşlıq sahəsidir. Rusiya bunu dəstəkləməyə çalışacaq". - deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş başlayıb. Görüş çərçivəsində siyasi, iqtisadi, mədəni-humanitar və digər regional məsələlər müzakirə olunacaq.  

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026