• Bakı 17° C

    1.01 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

İran Azərbaycanla sərhəddə terminal TİKİR

Gündəm

27 Aprel 2024 | 13:26

İran Azərbaycanla sərhəddə terminal TİKİR

İran Azərbaycanla sərhəddə terminalın tikintisinə başladığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İrna" informasiya agentliyi İranın yollar və şəhərsalma nazirinin müavini Əmaniyə istinadən məlumat yayıb.

“İran və Azərbaycan Kəlalə–Aqbənd sərhəd terminalını (Azərbaycanın cənub-qərbində, Zəngilan rayonunda) tikməkdə qərarlıdır. İran sərhəd terminalı tikib, Azərbaycan isə Araz çayı üzərində körpü tikir. Bu layihə bu ilin əvvəlində (21 mart 2024-cü il) başlayıb. İslam Respublikası bu layihə üçün 95 milyon dollar ayırıb”, – deyə nazir müavini İran–Azərbaycan sərhədində terminalın tikintisi sahəsinə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Araz keçid məntəqəsi və Kələla–Ağbənd sərhəd terminalı tikildikdən sonra Azərbaycanın tranzitinin böyük hissəsinin bu marşrut üzrə həyata keçiriləcəyi gözlənilir.


SON XƏBƏRLƏR

08 May 2024