• Bakı 15° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Britaniya Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb

DÜNYA

27 Aprel 2024 | 10:53

Britaniya Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb

Britaniya Rusiyanın ərazidə düşmənçilik fəaliyyəti həyata keçirdiyini iddia edərək Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.  

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki,  "Birləşmiş Krallıq Rusiyanın Böyük Britaniya ərazisində düşmənçilik fəaliyyəti həyata keçirdiyinə dair iddialardan, eləcə də Rusiyanın başqa bir suveren dövlətin ərazisində bu cür fəaliyyətlərə sponsorluq etdiyi bildirilən davranışından narahatdır", - Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Açıqlamada səfir Kelinin sözügedən fəaliyyətlər çərçivəsində Xarici İşlər Nazirliyinə çağırıldığı və bu fəaliyyətlərin dərhal dayandırılması lazım olduğu bildirilib. Əlavə olaraq, Rusiyadan qaynaqlanan təhdidlərə qarşı müttəfiqlərlə əməkdaşlığın davam etdiriləcəyi qeyd edilib.

İngiltərə Krallığı Prokurorluğunun dünən verdiyi açıqlamaya görə, Dylan Earl adlı şəxs aprelin 10-da "xarici güc təhdid fəaliyyətlərində iştirak etdiyi" səbəbi ilə saxlanılıb və aprelin 19-20-də keçirilən məhkəmədə həbs edilib. Erl Milli Təhlükəsizlik Qanununu pozaraq ictimai sağlamlıq və təhlükəsizliyə təhlükə yaradan hərəkətə hazırlıq, yanğın törətmək və xarici kəşfiyyat xidmətinə kömək etməkdə ittiham olunur. 

Eyni istintaqda Paul English, Nii Mensah, Jake Reeves də xarici kəşfiyyat xidmətindən maliyyə faydası almaqda günahlandırılıb. Dmitriyus Paulauska terror aktları haqqında məlumata malik olmaqda ittiham olunur.

Ay Tac


SON XƏBƏRLƏR