Çin çip sənayesini gücləndirmək üçün 47,5 milyard dollarlıq dövlət fondu yaradıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən bildirir ki, Çinin "Tianyancha" məlumat bazası şirkəti bəyanat yayıb.
Bəyanata əsasən, Çin ölkənin yarımkeçirici və çip sənayesini canlandırmaq üçün nizamnamə kapitalı 344 milyard yuan (47,5 milyard dollar) olan dövlət tərəfindən dəstəklənən yeni investisiya fondu yaradıb.
Mayın 24-də milli inteqral sxem sənayesi investisiya fondunun üçüncü mərhələsi rəsmi olaraq təsis edilib.
Şirkət Çin Maliyyə Nazirliyinin 17% payla ən böyük səhmdar olduğunu vurğulayıb.
Gülşən Şərif
















