• Bakı 20° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Bu ölkə liderləri COP29-da iştirak edəcək

SİYASƏT

27 Aprel 2024 | 15:25

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvadordakı səfiri Rəşad Novruzov "X" platformasındakı paylaşımında deyib.

Səfir Ekvador, Qayana və Surinamdan olan həmkarları ilə görüşün çox xoş olduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından COP29 Sammitinə dəvət məktubunu Qayana, Surinam və Ekvador prezidentlərinə çatdırmaları üçün sözügedən ölkələrin səfirlərinə təqdim etdiyini bildirib.

"İkitərəfli, regional və çoxtərəfli münasibətlərə dair səmərəli söhbətimiz oldu. Bu Sammitin həqiqi uğur qazanması üçün qarşıda hamımızı çox iş gözləyir", - deyə səfir sonda qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək.


SON XƏBƏRLƏR

08 May 2024