• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanda QIRĞIN: Kilsədən Paşinyana açıq revanş

SİYASƏT

27 May 2024 | 11:48 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanda QIRĞIN: Kilsədən Paşinyana açıq revanş

Xəbər verdiyimiz kimi, Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Bakıvaxtı.az erməni mediasına istinadla xəbər verir ki, aksiya iştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.

Aksiya zamanı yüzlərlə saxlanılan var.

Ermənistanda itaətsizlik aksiyası nə vəd edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, Ermənistandakı etiraz aksiyaları kilsənin Baç nazir Nikol Paşinyana qarşı açıq revanşıdır.

Onun sözlərinə görə, kilsənin bu fəaliyyətləri Ermənistan siyasətinə birbaşa müdaxilədir. Müsahibimiz qeyd edib ki, Paşinyanın hakimiyyətə gəldikdən sonrakı davranışları kilsə, "Daşnaksütyun" partiyası və erməni lobbisini narazı salıb:

“Bu üçlü Paşinyana qarşı açıq və ya gizli şəkildə mübarizələrini davam etdirirlər. Arxiyepiskop Qalstanyanın Ermənistanda itaətsizlik aksiyasına başlamasının səbəbi də, hesab edirəm ki, kilsə rəhbərliyinin Paşinyana olan münasibətini əks etdirir”.

Nəticənin müsbət olacağına inanmadığını bildirən M.Göyüşlü erməni xalqının 44 günlük vətən müharibəsindən nəticə çıxardıqlarını qeyd edir:

"Bu, kilsə etirazlarının ikinci mərhələsidir. İlk mərhələdə arxiyepiskop Tavuşdan İrəvana qədər yürüş etdi, lakin nəticə alınmadı. Etirazlara siyasi müxalifətin dəstək vermədiyini və geniş xalq kütləsinin qoşulmadığını gördük”.

Mübariz Göyüşlü: Erməni xalqı 44 günlük vətən müharibəsindən nəticə çıxardı

Siyasi şərhçi qeyd edib ki, hazırda davam edən etirazlarda da radikalların irəli sürdüyü ideyalar xalq tərəfindən dəstəklənmir:

“Çünki etirazçıların təklif etdikləri məsələlər Azərbaycana, eləcə də bütün dünyaya qarşı radikal addımları nəzərdə tutur. Erməni xalqı isə 44 günlük Vətən müharibəsindən sonra bu yolun nə demək olduğunu yaxşı bilir".

Rahim Nəzərov

BDU-nun tələbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR