• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

İlham Əliyev bu hərbçilərə ali hərbi rütbələr verdi - SƏRƏNCAM

SİYASƏT

25 Iyun 2024 | 21:07

İlham Əliyev bu hərbçilərə ali hərbi rütbələr verdi - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə

“general-mayor” hərbi rütbəsi

polkovnik Həsən Əli oğlu Əlövsədova

polkovnik Vilayət Bərxuda oğlu Quluyevə".


SON XƏBƏRLƏR