• Bakı 17° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Kreml daxildə həm dini radikalizmlə mübarizə aparmalı, həm də...

SİYASƏT

26 Iyun 2024 | 11:19

Kreml daxildə həm dini radikalizmlə mübarizə aparmalı, həm də...

"Rusiyanın Şimalı Qafqaz bölgəsi adətən həssas, gərin və qaynar bölgə olub. Bu, həm yerləşdiyi coğrafi ərazi ilə, həm də mühafizəkar ənənələrin möhkəm kök salması ilə əlaqədardır".

Bu sözləri politoloq Əli Oruclu Bakıvaxtı.az-a açıqlamasında deyib.

Analitik bildirib ki, hələ keçmiş SSRİ dönəmində də Şimali Qafqazda dini radikalizm və kriminal durum digər subyektlərlə müqayisədə kəskin şəkildə fərqlənirdi:

"SSRİ süquta uğrayandan sonra xarci dini təsirlər və ənənəvi mühafizəkarlıq, kriminal elementlərin əl-qolunu geniş açması bölgəni gərgin hala gətirib. Son günlər Dağıstanın iki böyük şəhərində - Mahaçqala və Dərbənddə törədilən terror aktları, Abxaziya sərhədindəki silahlı insident, İnquşetiya və Çeçenistandakı durum Moskvanı çətin vəziyyətə salıb”.

Onmun sözlərinə görə, belə ki, Kreml daxildə həm dini radikalizm, terrorizmlə mübarizə aparmalı, həm də Ukraynadı savaşda uğur qazanmalıdır. Rusiyaya qarşı çoxvertikallı cəbhə Rusiya-Qərb qarşıdurmasının yeni fazaya qədəm qoymasından xəbər verir. Terrorun və terrorçunun məqsədi daxildə vahimə, qorxu və inamsızlıq yaratmaq, dövlətə etibarı sarsıtmaqdır.

Ekspertin fikrincə, mümkündür ki, Dağıstanda baş verən terrorun arxasında xarici qüvvələr dayana bilsin:

"Bunun sübutu üçün ortada mötəbər sübut və dəlil yoxdur. Ancaq etimallara istinad edilir. Vurğuladığımız kimi Rusiyanın Şimali Qafqaz bölgəsinə xarici təsirlər başqa federal subyektlərə nisbətən qat-qat çoxdur. Xüsusən, radikal İslam illərdir ki, nüfuz edir. Rusiyanın xüsusi Xidmət orqanları buna qarşı effektiv tədbirlər həyata keçirə bilmir. Dağıstanda klanlar, tayfalar və qruplar arasında da nüfuz və təsir uğrunda da zaman-zaman şiddətli mübarizələrin şahidi olunub".

Əli Oruclu, politoloq

Ə.Oruclu son terror atkının xristian və yəhudu məbədlərinə qarşı həyata keçirilməsini təsadüfi saymır:

"Düşünürəm ki, Rusiyada dinlərarası ziddiyyəti qızışdırmaq, iç savaşa nail olmaq planlaşdırılır. Rusiya çoxdinli və çox etnikli dövlətdir. Heç kəsə də sirr deyil ki, Rusiya ictimaiyyətində Cənubi Qafqazdan olan etniklərə münasibət heç də birmənalı deyil. Xüsusən, rus millətçiləri və mühafizəkarları Cənubu Qafqazlılara qarşı antipatiya bəsləyirlər. Millətlər arasında bu hissləri alovlandırmaq Rusiyaya ən böyük təhlükə yarada bilər. Şimali Qafqazdakı qeyri-sabit durum Azərbaycan üşün də risklər yaradır. Odur ki, xüsusi xidmət orqanlarının üzərinə böyük ağırlıq və məsuliyyət düşür".

Aydın Baxış


SON XƏBƏRLƏR

28 Sentyabr 2024