• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ermənistan ya ağlını başına yığıb sülh müqaviləsi imzalamalıdır, ya da...

SİYASƏT

26 Iyul 2024 | 10:45

Ermənistan ya ağlını başına yığıb sülh müqaviləsi imzalamalıdır, ya da...

 Xəbər verdiyimiz kimi, iyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Bəs görəsən, Ermənistan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bildirdiyi zaman bu addımın atılması nəyə hesablanıb?

Ədalət Verdiyev: Belə uçuşlar adətən döyüş əməliyyatlarından əvvəllki mərhələdə həyata keçirilir

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan tərəfi Tovuz istiqamətində yerləşən Azərbaycan mövqelərinin kəşfiyyatını aparmaq məqsədilə bu uçuşları həyata keçirib və belə bir uçuşlar adətən döyüş əməliyyatlarından əvvəllki mərhələdə həyata keçirilir:

“Əsas məqsəd ehtimal olunan ərazidə yerləşən atəş mövqelərinin koordinatlarını, ön xəttin keçdiyi ərazini, düşmən müdafiəsinin quruluşunu dəqiqləşdirməkdir”.

Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanla sülh əldə olunmasına hazır olduğunu bəyan etdiyi bir vaxtda həm Fransa və Hindistandan silahlar əldə etməsi, digər tərəfdən isə Ermənistan rəsmiləri tərəfdən Azərbaycana qarşı növbəti dəfə ərazi iddiaları və güc tətbiqinə dair bəyanatların səsləndirilməsi, ardınca isə ərazidən belə bir təxribatçıkvadrokopteruçuşunun həyata keçirilməsi birmənalı şəkildə sülh prosesini pozmağa hesablanıb.

Ə.Verdiyev qeyd edib ki, təxribat xarakterli uçuşlar Ermənistan Silahlı Qüvvələrinin Baş Qərərgah rəsinin daha əvvəl Qazaxın qaytarılan 4 kəndinin Ermənistan ərazisinə aid olması ilə bağlı bəyanatları ilə təxminən məntiqi bir ardıcıllıq təşkil edir:

“Hesab edirəm ki, biz ayıq-sayıqlığımızı artırmalıyıq. Düşmənin bu fəaliyyətləri daha geniş miqyaslı təxribatlarla müşahidə oluna bilər. Bu təxribatların qarşısının alınması üçün mütləq tədbirlər görməliyik”.

Emin Həsənli: Azərbaycan bu dəfə dəmir yumruğu elə vuracaq ki, Ermənistanın mövcudluğu sual altında qalacaq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hərbi eksperr Emin Həsənli də bildirib ki, Ermənistan heç bir zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Qeyd edib ki, Ermənistan Britaniyadakı son görüşdən qaçıb ardınca da belə təxribatlar törədir və bu, sonsuza qədər belə davam edə bilməz.

E.Həsənli söyləyib ki, Ermənistan ağlını başına toplayaraq sülh müqaviləsini imzalayıb, beynəlxalq normalara əməl edib, Azərbaycan qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməlidir:

“Ermənistan ya Ohanyan, Köçəryan, Sarkisyanı Azərbaycana təhvil verməli, Zəngəzur dəhlizini açmalı, törətdiyi cinayətlərə görə Azərbaycan xalqından üzr istəməli, ya da Azərbaycan bu dəfə dəmir yumruğu elə vuracaq ki, Ermənistanın mövcudluğu sual altında qalacaq”.

Onun sözlərinə görə, Ermənistan Fransa, Hindistan, İran və Yunanıstan vasitəsilə silahlanır və sülh danışıqlarını pozur ki, bu sonsuza qədər belə davam edə bilməz:

“Azərbaycan Qazaxdan Naxçıvana qədər məcbur qalıb Qərbi Azərbaycan torpaqlarında bufer zona yaradacaq. Necə ki, Türkiyə Suriya ərazisində yaratdı”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Sentyabr 2024