• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

“Bu millətə faydam bəzi deputatlardan daha çox olar" - Azər Həsrət

SİYASƏT

26 Iyul 2024 | 09:55

“Bu millətə faydam bəzi deputatlardan daha çox olar - Azər Həsrət

Hər parlament seçkisində olduğu kimi, builki seçkidə də müxtəlif peşə sahələrinin nümayəndələri namizədliklərini irəli sürürlər.

Bu sahələr arasında jurnalistika ictimaiyyətinin nümayəndələri də mövcuddur. Haqqın səsi və ədalətin carçısı olan media əməkdaşları xalqının səsi olmaq məqsədilə namizədliyini irəli sürür və onları Milli Məclisdə təmsil edirlər.

Əvvəlki parlament seçkilərində qələm əhlinin fəallığı daha qabarıq görünsə də, bu il keçiriləcək növbədənkənar parlament seçkisində jurnalistlər namizəd kimi iştirak etməkdə həvəssizdirlər.

Bundan əvvəl bir neçə dəfə parlament seçkilərində namizədliyini irəli sürən medaieksperti Azər Həsrət Bakıvaxtı.az-a deyib ki, bu dəfə namizəd olmayacaq.

Onun sözlərinə görə, bu barədə düşünmək üçün heç bir zəmin yoxdur:

“Təbii ki, parlamentdə xalqımız tərəfindən təmsil olunmaq və cəmiyyətə xidmət etmək istəyərəm. Amma, bu barədə hələ ki, düşünmürəm. Hazırda mənim namizədliyimi irəli sürmək üçün zəmin yoxdur.Düşünürəm ki, mən xalqıma, millətimə bəzi deputatlardan daha çox fayda verə bilərəm”.

Jurnalistlərin seçki yarışında aktivlik göstərməmələri ilə bağlı suala isə müsahibimiz belə cavab verib:

“Hər kəs reallığı dəyərləndirir. Hazırda jurnalistlərin parlamentdə təmsil olunması üçün əlverişli şərait yaradılmayıb. Düşünürəm ki, əgər jurnalistlər üçün yaxşı və münbit mühit yaradılarsa, niyə də parlamentdə təmsil olunmaq üçün mübarizədə iştirak etməyək? Bu barədə işlər görülsə, yaxşı olar”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Sentyabr 2024