• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Kəşfiyyat açıqladı: Bu tarixdə Zelenski devrilə bilər!

DÜNYA

27 Fevral 2024 | 20:12

Kəşfiyyat açıqladı: Bu tarixdə Zelenski devrilə bilər!

Ukrayna Prezidenti Vladimir Zelenskinin legitimliyi şübhə altına alına və yazda çevrilişə cəhd oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti yanında Kəşfiyyat Komitəsi məlumat yayıb.

“Maydan-3” xüsusi əməliyyatı 2024-cü ilin mart-may aylarında kulminasiya nöqtəsinə çatacaq”, - komitənin bəyanatında deyilir.

Bildirilib ki, qarşıdakı həftələrdə həm Ukrayna daxilində, həm də dünyanın digər yerlərində münaqişələri qızışdırmaq cəhdləri olacaq və mayın 20-dən sonra Zelenskinin legitimliyi şübhə altına düşə bilər.

Komitə həmçinin iddia edir ki, onlar iyunun birinci yarısına qədər Ukraynadakı vəziyyəti qarışdırmaq, sonra isə ölkənin şərqində Kiyevin hərbi məğlubiyyətə uğradılması planlaşdırılır./axar.az


SON XƏBƏRLƏR

26 Iyul 2024