• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib

DÜNYA

28 Mart 2024 | 17:53

Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, baş nazir rəhbərlik etdiyi Nazirlər Kabinetinin, eləcə də onun tərkibinin həyata keçirməyi planlaşdırdığı islahatlar proqramını Prezidentə təqdim edib. Fələstin Milli Administrasiyasının rəhbəri təqdim olunan sənədlərlə tanış olub və yeni hökuməti təsdiq edən fərman imzalayıb.

Onun martın 31-i and içəcəyi gözlənilir. Mustafanın özü Baş nazir postu ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026