• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ İsrailə silah tədarükünü tam dayandıra bilər

DÜNYA

28 Yanvar 2024 | 21:14 | Müəllif: Subhan Mahmudov

ABŞ İsrailə silah tədarükünü tam dayandıra bilər

ABŞ administrasiyası İsrailə silah tədarükünü azaltmağı, yaxud tamam dayandırmağı düşünür. Ağ Ev bununla İsrail ordunun Qəzzada əməliyyatların intensivliyini zəiflətməsini hədəfləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Hələlik yekun qərarlar verilməyib. Əgər qərar təsdiq olunarsa, bu tədbir bəzi hücum silahlarına təsir göstərəcək.

Təchizatın azalmasının hava hücumundan müdafiə sistemlərinə və ya İsrailə vətəndaşlarını, həmçinin mülki infrastrukturunu qorumağa kömək edən digər sistemlərə təsir edəcəyi ehtimalı azdır", - mənbə bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026