• Bakı 26° C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Afinada sürücülər tətil elan etdilər

DÜNYA

27 Fevral 2024 | 19:34

Afinada sürücülər tətil elan etdilər

Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri SATA həmkarlar ittifaqının qərarı ilə ikigünlük tətil elan ediblər.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, ölkədə onlarla yanaşı, dəmiryol işçiləri və dövlət sektoru işçiləri kimi digər sektorların həmkarlar ittifaqları da tətil edəcəklər.

Bildirilib ki, bu tətillərə səbəb taksi sürücülərinin ağır vergi yükünə məruz qalmalarıdır.

İttifaq, xüsusilə, hökumətdən taksi xidmətləri üzrə ƏDV dərəcəsinin 13% səviyyəsində saxlanmasını, 2026-cı ildən etibarən yalnız sıfır tullantılı yeni taksilərin qeydiyyata alınmasının öhdəliyi barədə qərarın ləğvini tələb edir./oxu.az


SON XƏBƏRLƏR

26 Iyul 2024