Yanvarın 1-i Ukrayna paytaxtında matəm günü elan olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib.
“Dekabrın 29-da paytaxta dinc əhali arasında itkilərin sayına görə ən böyük hücum olub. Hazırda Şevçenko rayonundakı anbarın dağıntıları altından 16 ölənin cəsədi çıxarılıb”, - deyə Kliçko Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, xilasedicilər işlərini davam etdirirlər və sabaha qədər dağıntıları təmizləyəcəklər.
“Yanvarın 1-i Kiyevdə matəm günü elan ediləcək”, - deyə Vitali Kliçko bildirib.
Murad Məmmədli



jpg-1706524786.webp)












