• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan KTMT-nin yekun sənədlərini imzalamayıb

DÜNYA

29 Yanvar 2024 | 14:39

Ermənistan KTMT-nin yekun sənədlərini imzalamayıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yekun sənədlərini hələ imzalamayıb.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr hələ davam edir.

Bildirilib ki, 2023-cü ilin noyabrında KTMT-nin Belarusun paytaxtı Minskdə keçirilən sammitə Ermənistan nümayəndəsi qatılmadığı üçün imzalamayıb.

Ötən ilin dekabrında sammitdə qəbul edilən normativ aktları İrəvana səfəri zamanı təşkilatın baş katibi İmanqali Tasmaqambetov Ermənistan tərəfinə təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026