Çin diplomatları nüvə dövlətlərini nüvə silahından istifadə etməmək barədə razılığa gəlməyə çağırıblar.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin rəhbəri Sun Xiaobo, Cenevrədə keçirilən tərksilah konfransının yüksək səviyyəli həftəsi zamanı bildirib.
Onun sözlərinə görə, nüvə gücləri nüvə silahından istifadə etməməyə dair müqavilələr bağlayan ilk şəxs olmalıdır.
“Nüvə silahı olmayan dövlətlərin nüvə silahı təhlükəsindən azad olmaq tələbləri ədalətli və ağlabatandır”.
O izah edib ki, ən böyük nüvə arsenalına malik olan dövlətlərin xüsusi məsuliyyətləri var:
“Onlar nüvə silahının qarşılıqlı olaraq ilk dəfə istifadə olunmaması haqqında danışıqlar aparmalı və müqavilələr bağlamalı və ya bu məsələ ilə bağlı siyasi bəyanatlar verməlidirlər”.
Mina Mikayılova
















