• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Trampın İncil satması küfr adlandırıldı

DÜNYA

29 Mart 2024 | 12:15

Trampın İncil satması küfr adlandırıldı

Sosial şəbəkələrdə xristianlar ABŞ-ın keçmiş prezidenti Donald Trampın İncil satmaq üzrə seçki kampaniyasını küfr adlandırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Belə ki, Pastor Benjamin Kremer sosial mediadakı “X” səhifəsində "Bu, iflasa uğramış xristianlıqdır" deyib. Kahinin sözlərinə görə, Tramp müqəddəs yazılardan öz hakimiyyət arzusu üçün istifadə edir.

Pastor Jason Cornwallun qeyd etdiyi kimi , Trampın hərəkəti Allahın adını boş yerə götürməmək haqqında üçüncü əmrin pozulmasını nümayiş etdirib.

Qeyd edək ki, Tramp öz brendi altında İncil satışına başlamaq qərarına gəlib.

“Bütün amerikalıların evdə Müqəddəs Kitaba ehtiyacı var və məndə onların çoxu var. Bu, mənim sevimli kitabımdır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR