• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Polşa Baş naziri: Ukraynadakı vəziyyət ötən illə müqayisədə bu gün daha çətindir

DÜNYA

29 Mart 2024 | 11:43

Polşa Baş naziri: Ukraynadakı vəziyyət ötən illə müqayisədə bu gün daha çətindir

"Ukrayna çətin vəziyyətdə olsa da müharibənin əvvəlinə nəzərən yaxşı vəziyyətdədir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bu vəzifəyə seçildikdən sonra beynəlxalq mediaya ilk müsahibəsində deyib.

    Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı Polşa Baş naziri deyib ki, Ukraynanın pessimist ssenarilərdən yayınmağı bacarıb-bacarmayacağı Avropadan asılıdır.

    O, həmçinn etiraf edib ki, Ukraynadakı vəziyyət bir il əvvəllə müqayisədə bu gün daha çətindir, lakin eyni zamanda Rusiyanın Kiyevə hücumu etdiyi vaxtdan - "müharibənin əvvəlindən qat-qat yaxşıdır.

    "Ola bilər ki, biz Ukraynadakı müharibə haqqında uzunmüddətli perspektivdə düşünməliyik. Bu, Avropa ölkələri üçün getdikcə daha çox yeni vəzifələr, məsuliyyət deməkdir. Ukraynanı mümkün olan ən yaxşı vəziyyətdə saxlamaq bizim marağımızdadır. Polşada hamı bundan xəbərdardır və bu, müzakirə mövzusu deyil", - deyə o əlavə edib.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024