• Bakı 20° C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

Çilidə milli matəm elan edildi

DÜNYA

28 Aprel 2024 | 09:54

Çilidə milli matəm elan edildi

Çili Prezidenti Qabriel Boriç Arauko əyalətində naməlum şəxslərin hücumu nəticəsində üç polis əməkdaşının həlak olması ilə əlaqədar milli matəm elan etmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, aprelin 27-də üç polis məmuru Kanete kommunasında patrul xidməti həyata keçirərkən onların avtomobili pusquya salınıb. Naməlum şəxslər əvvəlcə avtomobilə atəş açıb, sonra isə onu yandırıblar.

Çili prezidenti həmçinin bildirib ki, o, hadisə yerinə getmək niyyətindədir.

Hazırda polis hücumun baş vermə şəraitini müəyyənləşdirir və cinayətkarları axtarır.


SON XƏBƏRLƏR

10 May 2024