• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ukraynaya Rusiya ərazisinə alyans silahları ilə hücuma icazə verildi

DÜNYA

27 May 2024 | 23:20

Ukraynaya Rusiya ərazisinə alyans silahları ilə hücuma icazə verildi

NATO Parlament Assambleyası Ukraynanın Rusiya ərazisinə alyans silahları ilə hücum etməsinə icazə verib.

Bakıvaxtı.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Assambleya iştirakçıları bəyan ediblər ki, Kiyev Rusiya ərazisindəki qanuni hədəflərə zərbələr endirə bilər.

Doqquz ölkə bu təşəbbüsə qarşı çıxıb.

Bundan əlavə, müharibədə Ukraynaya dəstək olmaq səs çoxluğu ilə qəbul edilib.

NATO Parlament Assambleyasının yaz sessiyasında alyans ölkələrindən və 25 tərəfdaş ölkədən 400-ə yaxın parlamentari iştirak edib.

Müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən Kiyevə dəstək kontekstində və alyansın Vaşinqtonda keçiriləcək sammitinin prioritetləri müzakirə edilib./apa


SON XƏBƏRLƏR

26 Iyul 2024