• Bakı 20° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

DÜNYA

28 Aprel 2024 | 09:39

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Erməni politoloq Stepan Danielyan Tavuşda başlayan və genişlənən etiraz aksiyalarının “inqilaba səbəb olmaması”ndan narahatlığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, 2018-ci ildə də eyni prosesin yaşandığını, ancaq hazırda 2018-ci ilin aprelində baş verənlərin təkrarlanmadığını deyib.

“Məlum olur ki:

- yollar polis əməkdaşlarının köməyi ilə açıla bilər,

- mitinqə gələn hərbçilər qorxuya düşə bilər, üzr istəyər,

- dövlət qurumları hücuma məruz qaldıqda siz bunkerə girib, insanların yorulmasını gözləyə və yenidən bunkeri tərk edə bilərsiniz.

Sual yaranır: 2018-ci ildə baş verənlər niyə indi baş vermir? Məndən cavab gözləməyin”, - politoloq qeyd edib.

Onun sözlərinə görə, səbəblər çoxdur:

“- hamı başa düşür ki, Paşinyan getsə, köhnə kriminal klanlar hakimiyyətə qayıdacaq;

- xalq müxalifətin intriqalarından bezib;

- hər kəs yaşamaq deyil, sağ qalmaq məcburiyyətində olduğu şəraitdən yorulub;

- insanlar get-gedə anlamağa başladılar ki, bütün problemlərin həlli Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, ərazi iddialarından əl çəkməkdən, regionda kommunikasiyaların açılmasından keçir”./axar.az


SON XƏBƏRLƏR

10 May 2024