• Bakı 19° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Kəşfiyyat peykinin buraxılışı uğursuz oldu

DÜNYA

27 May 2024 | 21:40

Kəşfiyyat peykinin buraxılışı uğursuz oldu

Şimali Koreyanın Milli Aerokosmos Texnologiyaları Administrasiyası hərbi kəşfiyyat peykinin orbitə çıxarılması cəhdinin uğursuz olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, agentlik uğursuzluğa peyki orbitə aparmalı olan raketin buraxılışdan bir qədər sonra havada partlamasının səbəb olduğunu bəyan edib.

Qeyd edək ki, Şimali Koreya Yaponiyanı mayın 27-dən iyunun 3-dək olan müddətdə hərbi kəşfiyyat peykini orbitə çıxaracağı barədə məlumatlandırıb. Pxenyanın peyki orbitə çıxarmaq cəhdi Cənubi Koreya, Çin və Yaponiya liderlərinin Seulda keçirilən üçtərəfli toplantısı ilə eyni günə təsadüf edib.


SON XƏBƏRLƏR

22 May 2025