• Bakı 24° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Ömərov qardaşlarının 6-sı həbs edildi

DÜNYA

26 Iyun 2024 | 21:05

Ömərov qardaşlarının 6-sı həbs edildi

Mahaçqalada Ömərov qardaşlarından 6-sı xırda xuliqanlıq maddələri ilə həbs edilib. 

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, onlar barəsində 10-15 günlük həbs qətimkan tədbiri seçilib. 

Digər qardaşlar - Osman və Adil ötən gün Dağıstanda terror aktları törədən qruplaşmanın üzvləri olub. Onlar zərərsizləşdiriliblər. 

Ömərov qardaşlarının atası - Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərov da əvvəllər xırda xuliqanlıq maddəsi ilə həbs edilib.

O, hazırda oğullarının radikal fikirlərini bildiyi üçün terrora dəstək maddəsi ilə ittiham olunur. 


SON XƏBƏRLƏR

29 Iyun 2024