• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ukrayna ordusu Toretsk yaxınlığında mühasirəyə düşə bilər

DÜNYA

26 Iyul 2024 | 18:57

Ukrayna ordusu Toretsk yaxınlığında mühasirəyə düşə bilər

Ukraynanın müdafiə qüvvələri Donetsk vilayətində - Toretsk yaxınlığında qazana (mühasirə nəzərdə tutulur-red.) düşə bilər.

Bakıvaxtı.az xəbər verir ki, belə bir iddia ilə "Bild" nəşrinin hərbi analitiki Culian Röpke çıxış edib.

Onun sözlərinə görə, Toretskdən cənub- qərbdə Rusiya qoşunları 2022-ci ilin fevralına qədər tikilmiş Ukrayna Silahlı Qüvvələrinin istehkamlarını hələ də yarmayıb. Amma indi ruslar qərbdən Jeleznı və Severnı, cənubdan Nyu-York kəndi vasitəsilə şəhərə doğru irəliləyirlər. Nəticədə Ukrayna mövqelərində problem yaranıb.

“Ruslar orada bir növ qazan yaratmağa çalışırlar, bu o deməkdir ki, ukraynalılar Nyu-Yorkun yaşayış məntəqələrini geri ala bilməsələr, geri çəkilməlidirlər, çoxları isə bunu istəmir. Amma çox güman ki, onlar tezliklə oradan ayrılacaqlar”, - J. Röpke deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər əməliyyat hesabatında bildirib ki, son 24 saat ərzində cəbhə xəttində düşmənlə 149 hərbi toqquşma qeydə alınıb.

Ruslar Toretski istiqamətində səylərini Severnoe və Nyu-York yaşayış məntəqələri yaxınlığında cəmləşdirir, burada aviasiyanın dəstəyi ilə Ukrayna qoşunlarının mövqelərinə yeddi hücum həyata keçirib./reyting.az


SON XƏBƏRLƏR

07 Sentyabr 2024