• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“İsgəndər”in baş konstruktoru öldü

DÜNYA

25 Avqust 2024 | 17:13 | Müəllif: Subhan Mahmudov

“İsgəndər”in baş konstruktoru öldü

"İsgəndər-M" raket sisteminin baş konstruktoru Oleq Mamalıqa 91 yaşında vəfat edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə High-Precision Complexes holdinqi məlumat yayıb.

"Təəssüflə bildiririk ki, "İsgəndər-M" raket sisteminin baş konstruktoru Oleq İvanoviç Mamalıqa 92 yaşında vəfat edib. Oleq İvanoviç bütün əmək fəaliyyətini Kolomna Maşınqayırma Konstruktor Bürosunda işləməyə həsr edib. O, Silah və hərbi texnikanın, o cümlədən ilk sovet tank əleyhinə sistemlərinin ("Şmel", "Malyutka"), taktiki ("Toçka") və əməliyyat-taktiki raket sistemlərinin ("Oka", "Oka-U", "İskəndər-M")" hazırlanmasında iştirak edib" - holdinqin Telegram kanalında deyilir

Mamalıqa 1933-cü il aprelin 4-də hərbçi ailəsində anadan olub. Məktəbi qızıl medalla bitirdikdən sonra raket mühəndisi olmaq üçün imtahansız Leninqrad Hərbi Mexanika İnstitutuna daxil olub. 1957-ci ildə Kolomnadakı Xüsusi Konstruktor Bürosuna (indiki Tədqiqat və İstehsalat Korporasiyası "Maşınqayırma Layihə Bürosu") baş konstruktor təyin edilib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026