• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

 BMT Baş Assambleyasının 79-cu iclası keçirilir

DÜNYA

24 Sentyabr 2024 | 15:37 | Müəllif: Əli Hüseynov

BMT Baş Assambleyasının 79-cu iclası keçirilir

Dünyanın ən böyük diplomatik tədbirlərindən biri hesab edilən və üzv ölkələrin liderlərini bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası bu gün Nyu-Yorkda işə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, BMT-nin Baş Qərargahının yerləşdiyi Nyu-Yorkda hər il üzv ölkələrin dövlət və hökumət başçılarını bir araya gətirən Baş Assambleya bu il sentyabrın 24-30-da keçiriləcək.

BMT Baş Assambleyasının builki müzakirələrinin əsas mövzusu “Heç kəsi geridə qoymamaq: Sülh, davamlı inkişaf və insan ləyaqəti”dir.

BMT-nin baş katibi Antonio Quterreş açıqlamasında qeyd edib: 

“Bugünkü qlobal nizam hamı üçün qeyri-funksionaldır, mahiyyətcə hamı üçün belədir”. 

Bu səbəbdən də liderlərin gündəmində BMT Təhlükəsizlik Şurasının və beynəlxalq maliyyə arxitekturasının islahatı məsələsinin olacağı gözlənilir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR