Ermənistan hökuməti ölkə ərazisinə giriş prosedurunu sərtləşdirməyə qərar verib.
Bakues.az "Armenpress"ə istinadən xəbər verir ki, bu məsələ Ermənistan hökumətinin oktyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Yeni dəyişikliyə əsasən, Böyük Britaniya, Şimali İrlandiya, Kanada, Rusiya, Yaponiya, Avropa Birliyi ölkələri, Şengen ölkələri və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin vətəndaşı olan və Ermənistana giriş üçün müraciət edən şəxsin müraciətinə baxılma mərhələsində təyyarə bileti (geri dönüş bileti ilə) təqdim edilməlidir.
Həmçinin Ermənistana səfər etməkdə maraqlı olan tərəfin hüquqi şəxsdən, dövlət qurumundan, xarici dövlətin diplomatik nümayəndəliyindən və ya ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatdan dəvətnaməsinin (ərizə, məktub) olması vacibdir.
Müzakirə zamanı elektron vizanın alınması üçün məcburi şərt kimi tibbi sığortanın olması da təklif edilib.
Gülşən Şərif
















