İsrail ordusunun Qəzza zolağına gecə boyu həyata keçirdiyi hücumlarda aralarında uşaqların da olduğu 23 fələstinli həyatını itirib, çox sayda fələstinli yaralanıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin Zeytun rayonunda fələstinli ailənin evini vurub.
Hücumda eyni ailədən 3-ü uşaq olmaqla 7 nəfər həyatını itirib, aralarında uşaqlar da daxil olmaqla çox sayda insan yaralanıb.
İsrail ordusunun Qəzza zolağının şimalında Kemal Advan xəstəxanası ətrafında həyata keçirdiyi hücumda 2 nəfər həyatını itirib.
Ümumilikdə dünən gecə baş verən hücumlar 23 fələstinlinin həyatına son qoyub.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayının 11 min 800-ü keçdiyi bildirilib.
Əli Hüseynov