• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

NATO-nun baş katibi: "Müdafiə xərcləri artırılmalıdır"

DÜNYA

23 Dekabr 2024 | 12:56 | Müəllif: Gülşən Şərif

NATO-nun baş katibi: "Müdafiə xərcləri artırılmalıdır"

"Müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsi vacibdir".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

O, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.

"Müdafiə xərclərini artırmasaq, 4-5 ildən sonra ciddi problemlər yaşayacağıq. İndi qorxmaq lazım deyil, amma uzunmüddətli perspektivdə mən narahatam. Şimali Atlantika Alyansı ölkələri Rusiyada silah istehsalının genişmiqyaslı genişləndirilməsinə qarşı hələlik kifayət qədər tədbirlər görmür. Biz müdafiə sənayesini gücləndirməliyik və istehsalı genişləndirməliyik. Uzunmüddətli perspektivdə özümüzü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyimiz üçün əlavə istehsal xətləri və növbələr təşkil etməliyik", - deyə Rutte qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026