• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İranda kömür mədənində partlayış: ölənlərin sayı 49-a çatıb

DÜNYA

24 Sentyabr 2024 | 15:48 | Müəllif: Əli Hüseynov

İranda kömür mədənində partlayış: ölənlərin sayı 49-a çatıb

İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində metan qazının partlaması nəticəsində həyatını itirənlərin sayının 49-a yüksəldiyi bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, İran dövlət televiziyasına açıqlama verən Cənubi Xorasan əyalətinin Böhranların İdarə Edilməsi üzrə baş direktoru Məhəmməd Əli Ahundi əyalətin Tebes rayonundakı kömür mədənində sentyabrın 21-də baş verən qəza ilə bağlı son məlumatı paylaşıb.

Mədəndə baş verən metan qazı partlayışında can itkisinin 38-dən 49-a yüksəldiyini bildirən Axundi, uzun müddət qapalı qalan mədənçilər üçün aparılan axtarış-xilasetmə işlərinin müsbət nəticə vermədiyini bildirib.

Xatırladaq ki, sentyabrın 21-nə keçən gecə ölkənin şərqində, Cənubi Xorasan əyalətinin Tebes rayonunda kömür mədəninin iki blokunda metan qazı partlayışı baş verib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR