• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Paşinyana alma atan qoca sərbəst buraxıldı

DÜNYA

25 Avqust 2024 | 18:38 | Müəllif: Subhan Mahmudov

Paşinyana alma atan qoca sərbəst buraxıldı

Ermənistanın baş naziri Nikol Paşinyana alma atan şəxs sərbəst buraxılıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan yayıb.

Xatırladaq ki, Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonuna gələn zaman yerli sakin, 71 yaşlı Albert Arstamyan 9-cu mərtəbədəki evinin pəncərəsindən ona alma atıb. Bundan sonra o saxlanılıb.

Arstamyana qarşı Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, öz ərizəsi ilə azadlığa buraxılıb, lakin cinayət işi davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026