• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

G7 Rusiyaya qarşı sanksiyaları artıracaq

DÜNYA

24 Sentyabr 2024 | 17:21

G7 Rusiyaya qarşı sanksiyaları artıracaq

Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirləri Nyu-Yorkda keçirilən görüş zamanı Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcəklərini vəd ediblər.

Bakıvaxtı.az xəbər verrir ki, barədə “İnterfaks” nazirlərin danışıqların yekunlarına dair bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, G7 xarici işlər nazirləri Moskvaya qarşı mövcud sanksiyalar və iqtisadi tədbirlər paketini genişləndirməyə hazır olduqlarını bildiriblər.

G7 ölkələri həmçinin Çində və Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyi iddia edilən digər dövlətlərdəki şəxslərə qarşı lazımi tədbirləri davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.

Ölkələrin bəyanatında həmçinin "Rusiyanın enerji və digər mallardan əldə etdiyi gəlirlərə əhəmiyyətli təzyiq göstərməyi" planlaşdırdıqları da bildirilib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026