Filippinin şimal-şərqində "Trami" tropik qasırğasının səbəb olduğu yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 24 nəfər həyatını itirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə fırtına nəticəsində yağan yağışlar ərazidə ciddi fəsadlar törədib. Bir neçə ev dağılıb, əkin sahələri isə məhv olub.
Bildirilib ki, itkilərin sayının artacağı gözlənilir.
Əli Hüseynov
















