• Bakı 29° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Quttereş: "Qəzzadakı soyqırımı sona çatmalıdır"

DÜNYA

24 Oktyabr 2024 | 16:55 | Müəllif: Əli Hüseynov

Quttereş: "Qəzzadakı soyqırımı sona çatmalıdır"

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada işğala son qoyulması və iki dövlətli həll yolunun yaradılması üçün irəliləyiş əldə edilməli olduğunu bildirib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Belə ki, Quterreş Rusiya Federasiyasının törəməsi olan Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən BRİCS Liderlər Zirvə Toplantısında "Genişləndirilmiş BRİCS+" toplantısında çıxış edib.

BRİCS-in dünya əhalisinin demək olar ki, yarısını təşkil etdiyini xatırladan Quterreş təşkilatın çoxtərəflilik və beynəlxalq problemlərin həlli istiqamətindəki sədaqətini yüksək qiymətləndirib.

Heç bir qrup və ya ölkənin təcrid olunmuş şəkildə hərəkət etməməli olduğunu bildirən Quterreş qeyd edib: 

"Qlobal problemlərin öhdəsindən gəlmək üçün qlobal bir ailə kimi çalışan millətlər birliyi lazımdır".

Bugünkü beynəlxalq maliyyə sisteminin bir çox kövrək ölkənin ehtiyac duyduğu dəstəyi təqdim etmədiyini bildirən Quterreş, köhnəlmiş, təsirsiz və ədalətsiz beynəlxalq

maliyyə strukturunun islah edilməsinə ehtiyac olduğuna diqqət çəkib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026