İsrailin hava qüvvələri anklavın mərkəzi hissəsindəki Şuhadaa ən-Nuseirat məktəbinə zərbə endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzadakı Hökumətin Media Ofisi məlumat yayıb.
Məlumata görə, məktəbə endirilən birbaşa zərbələr müharibənin başlamasından bu yana vurulan köçkün mərkəzlərinin sayını 196-ya çatdırıb.
Ofisin açıqlamasında indiyədək öldürülən 17 nəfər arasında ən azı 9 uşağın olduğu və 52 yaralı fələstinlinin bölgədəki xəstəxanalara çatdırıldığı bildirilib.
Mina Mikayılova













