• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan rus dilində təşəkkür etdi - VİDEO

DÜNYA

24 Oktyabr 2024 | 17:01

Ərdoğan rus dilində təşəkkür etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Ərdoğan iclasda çıxışının sonunda auditoriyaya müraciət edərək rus dilində təşəkkür edib.

Belə ki, o, çıxışını “Spasibo” (Sağ olun) deyərək tamamlayıb. Bununla da, Türkiyə lideri sammitdə iştirakını başa vurub. 

Onun, həmçinin artıq Kazan aeroportuna yollandığı da qeyd olunub.

Xatırladaq ki, “Yeni Şafak” qəzeti Ərdoğanın dünən Ankarada baş verən terror hücumuna görə Kazana səfərini vaxtından əvvəl tamamlayacağını yazmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026