• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fransa Livana 100 milyon avro göndərəcək

DÜNYA

24 Oktyabr 2024 | 16:38 | Müəllif: Gülşən Şərif

Fransa Livana 100 milyon avro göndərəcək

"Fransa Livana humanitar yardım üçün 100 milyon avro ayırmağı planlaşdırır". 

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bunu Yaxın Şərqdə dövlətə dəstək məqsədilə Parisdə təşkil olunan beynəlxalq konfransda çıxış edən Fransa prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində Livan əhalisinə, müharibə nəticəsində didərgin düşmüş yüz minlərlə insana və onlara ev sahibliyi edən icmalara böyük yardımedilməlidir.

Qeyd edək ki, humanitar və hərbi yardımların toplanması üçün Parisdə keçirilən beynəlxalq konfransda 70-ə yaxın ölkə və beynəlxalq qruplar, o cümlədən Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati iştirak edib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026