• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Dmitri Medvedev: "Makron, Fransadan rədd ol!"

DÜNYA

25 Avqust 2024 | 16:33 | Müəllif: Subhan Mahmudov

Dmitri Medvedev: "Makron, Fransadan rədd ol!"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev zarafatla Fransa Prezidenti Emmanuel Makronu ölkədən qaçmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, D.Medvedev bu barədə özünün "X" hesabında yazıb.

"Makron, Fransadan rədd ol! Durovun ordusu artıq sənin arxanca gəlir" , - D.Medvedev göz yaşları ilə gülüş emojisi əlavə edərək bu cümləni tamamlayıb.

Qeyd edək ki, "Telegram"ın təsisçisi Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026